Mayın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Laçının işğalına həsr olunmuş “Ölümsüz insanlar” pyesinin tamaşası olub.
ADU-nun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, pyesin müəllifi və rejissoru Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevadır. Tamaşada rolları Pedaqoji, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ifa ediblər.
Tamaşanın nümayişindən sonra prorektor Ələddin Əliyev bu kafedrada çalışanların hər zaman mənəvi-əxlaqi, vətənpərvər mövzulara toxunduqlarını və bu yöndə tələbələri maarifləndirdiklərini söyləyib. Tələbələr tədbirə “Cənab leytenant” mahnısı ilə yekun vurublar.