Milli Məclisdə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını bildirib.
O, layihə ilə bağlı ikinci oxunuşda millət vəkillərinin səsləndirdiyi təkliflərin nəzərə alındığını deyib.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.