TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini istifadəyə verib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.
“Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.
“Ödəmə kartları - mobil xatırlatma” xidməti istifadəyə verilib
1210