Təhsil Nazirliyi məktəblərdə hər hansı bir məqsəd üçün müəllim və şagirdlərdən pul yığılmasının qəti qadağan olunduğunu bəyan edib.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi belə hal baş verərsə, vətəndaşları Təhsil Nazirliyinə, yaxud nazirliyin [email protected] elektron poçt ünvanına ətraflı məlumat təqdim etməyə çağırıb.
Təhsil Nazirliyi bu müraciətlərin nazirlik tərəfindən araşdırılacağını bildirir.