“Ilin sonunadək tele-radio kanallarında bədii şuralara yaradılıdır”
04 iyul 2013 20:14 (UTC +04:00)

“Ilin sonunadək tele-radio kanallarında bədii şuralara yaradılıdır”

 

Azərbaycanın efir məkanında bədii şuraların yaradılması ilə bağlı “Xəzər”, “İTV” və “ANS” televiziya kanallarından Milli Televiziya və Radio Şurasına məktublar daxil olub. APA-nın xəbərinə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Amma bəzi kanallarda bədii şuralarla bağlı müəyyən problemlərin olduğunu deyən N. Məhərrəmli qeyd edib ki, ANS telekanalından yalnız rəhbər heyətin adı var: “Sanki dilçilik üzrə onlar mütəxəssisdirlər. Bu da doğru hal deyil. Yəni telekanallarda sırf mütəxəssislərdən ibarət bədii şura yaradılmalıdır”.

 

MTRŞ sədri qeyd edib ki, 2013-cü ilin sonuna qədər bütün televiziya və radio kanallarında bədii şuraların yaradılması başa çatmalıdır.

 

N. Məhərrəmli reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların televiziya məkanında reklamı məsələsinə də aydınlıq gətirib. O bildirib ki, “Reklam haqqında” qanunda dəyişiklik ölkə prezidenti tərəfindən təsdiqlənib: “Qanuna uyğun olaraq reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların siyahısı ilə bağlı Səhiyyə Nazirliyindən bizə hər hansı bir sənəd daxil olmayıb. Biz televiziya kanallarında gedən bütün reklamlarda olan tibb klinikaları, dərmanlarla bağlı məsələni araşdıra bilmərik. Əgər Səhiyyə Nazirliyi bizə lisenziya almış tibb klinikaları ilə bağlı məlumat verərsə, o zaman biz tədbir görə bilərik. Amma bütün reklamları araşdırmağa bizim imkanımız yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar