“İçərişəhər”-ə 2,5 milyon manat ayrıldı
16 aprel 2013 18:49 (UTC +04:00)

“İçərişəhər”-ə 2,5 milyon manat ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon  manat ayrılıb.
 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar