“Gələcəkdə bu əhvalatları toplayıb film çəkəcəyik”
13 dekabr 2013 18:09 (UTC +04:00)

“Gələcəkdə bu əhvalatları toplayıb film çəkəcəyik”

Mehriban Zeynalova: “Bizə kişilər də dəstək oldu”

 

“1999-cu ildən bəri hər il qadınlara qarşı zorakılığa etiraz olaraq müxtəlif adlarda belə həftəliklər keçiririk. Bu kampaniyanın keçirilməsi bizim ən güclü taktikamızdır. Noyabrın 25-dən başlayaraq dekabrın 10-a qədər davam edən kampaniya ərzində bir sıra tədbirlər keçirildi. Xoşuma gəlməyən məqam bu kampaniyanın ölkə səviyyəsində deyil, pərakəndə aparılmasıdı. Gələn il də keçirəcəyik. Təklif edirəm ki, gələn il Ailə, Uşaq və Qadın Komitəsi tərəfindən bu tədbirlər üzrə işçi qrupu yığılsın, bütün tərəflər görəcəkləri işlərin planını təqdim etsin. Və on altı günün hər bir günü eyni saatda tədbirlər keçirilsin”. Bunu Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

 

Onun sözlərinə görə, kampaniya ərzində onlara bir çox insanlar və təşkilatlar dəstək olublar.

 

- Əsas dəstək aldığımız Lent.az oldu. Saytınız tanınmış jurnalist İlhamiyyə Rzanın təqdimatında “Qadın dramı” adlı yeni layihəsinə başladı. Layihənin məqsədi bu yolla qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə qadına qarşı hər hansı şiddətin qınanılması, aradan qaldırılması üçün qadınların yanında olmağıydı. Layihədə çərçivəsində siz bir çox nüfuzlu, tanınmış xanımların ailə dramıyla tanış olduq. Onlar illərdi ürəklərində saxladıqları faciələrinin ilk dəfə Lent.az-a danışdılar. Öz əhvalatlarını yazan qadınlar keçmişi xatırlamağın nə qədər çətin olduğunu desələr də, əllərinə qələm alıb yazdılar. Yazdılar ki, kimlərsə, bundan nəticə çıxarsınlar, dərs alsınlar. Bu Azərbaycanda çağırış oldu. Bu çağırışa səslərini çıxara bilməyən nə qədər qadın qoşuldu. Hər tarixçənin müəllifi ayrı-ayrılıqda nə qədər məktub aldığını dedi. Gələcəkdə bu əhvalatları toplayıb kitab şəklində çap etdirmək və ya qısa filmlər şəkilinə salmağı düşünürük.

 

Daha sonra M. Zeynalova bildirib ki, bu ilki tədbirlər əvvəlki illərdən daha fərqli olub.

 

- İlk öncə bildirmək istəyirəm ki, bu tədbirlər bizim təşkilat tərəfindən könüllü həyata keçirildi. Ötən illərdən fərqli olaraq bu il küçə yürüşü təşkil olundu. Həm mətbuatda fərqli bir təqdimatla tanınmış qadınların zorakılığından necə azad olması və onların zorakılıq qurbanlarına mesajları və nəhayət sonuncu bir tədbir  instutsional səviyyədə dövlət qurumları və eləcə də beynəlxalq təşkilatlar və QHT-lərlə birgə dəyirmi masa keçirildi. Bu tədbirlərin həyata keçirilməsində tərəfdaşlarımız Lent az, İlhamiyyə Rza, Gənc Veloklubçuların rəhbəri Elman Əsgərova, “Conerpart” Beynəlxalq təşkilatına minnətdarlığımı bildirirəm.

 

M. Zeynalovanın onu da əlavə edib ki, kompaniya hətta kişilər tərəfindən də dəstək alıb.

 

- Müsbət hal idi ki, heç kim ittiham etmədi. Bu cəmiyyət tərəfindən yeni yanaşmaydı. Hesab edirəm ki, fərqliliyi, o cümlədən sanballılığı ilə xüsusilə seçildi. İctimaiyyətdə normal qarşılandı,  çox adam dəstək oldu. APA Holdingin prezidenti Vüsalə Mahirqızı, millət vəkili Qənirə Paşayevadan dəstək aldıq. Layihənin həyata keçirən, həmin insanlara əlaqə qurmaqda İlhamiyyə Rzanın zəhməti danılmazdır. Bu həftəliyin keçirilməsində bütöv bir komanda çalışdı. Sonda gözəl iş alındı. Lent.az-da başına gələn zorakılıqları qələmə ala bilən, öz həyat hekayətlərini təqdim etməyə cəsarət tapan, bu layihədə bizə dəstək olan bütün qadınlara minnətdaram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar