Azərbaycan 8 pillə irəliləyib - <span style="color:red;">“Doing Business 2015”
29 oktyabr 2014 13:11 (UTC +04:00)

Azərbaycan 8 pillə irəliləyib - “Doing Business 2015”

 Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2015” hesabatında Azərbaycan ən çox islahat aparan 10 ölkə sırasında 8-cidir. İqtisadiyyat və Sənaye Nazirliyinin Lent.az-a verdiyi məlumata görə, 189 ölkənin biznes mühiti haqqında 2013-cü ilin iyun ayından 2014-cü ilin iyul ayınadək olan dövrü əhatə edən hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.

 

Belə ki, hesabatda Azərbaycanın 3 indikator üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirmiş islahatlar xüsusilə qeyd olunmuşdur. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn reyimində inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb.

 


Azərbaycanda 2007-ci ildən başlayaraq ardıcıl şəkildə 9 indikator ("Biznesə başlama", "Tikinti icazələrinin alınması", "Əmlakın qeydiyyatı", "Kreditlərin alınması", "İnvestorların maraqlarının qorunması", "Vergilərin ödənişi", "Müqavilələrin icrası", "Xarici ticarətin aparılması" və "İşçilərin işə qəbulu") üzrə reallaşdırılan 19 islahat "Doing Business" hesabatlarında öz əksini tapıb.

 

Ötən ilki hesabatla müqayisədə bir çox göstəricilər üzrə Azərbaycanın mövqeləri yaxşılaşıb. Belə ki, ölkəmiz "Vergilərin ödənilməsi" göstəricisi üzrə 44, "Tikinti icazələrinin alınması" üzrə 30, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" üzrə 22, "Əmlakın qeydiyyatı" üzrə 3, "Xarici ticarətin aparılması" üzrə 2 pillə irəliləyib.

 

"Doing Business" hesabatın əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64.08-ə yüksəlib ki, (əvvəlki hesabatda 61.53) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsinin daha bir təsdiqidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar