“Doğum evindən bəri 49 ildir ki, onunla dostam” – “A-dan Z-yə”
22 may 2013 14:50 (UTC +04:00)

“Doğum evindən bəri 49 ildir ki, onunla dostam” – “A-dan Z-yə”

Rəşad Məcid Ağdamı Bakıdan üstün tutdu

 

 

Bu blits-müsahibə deyil. Sadəcə müsahibə  30 sual ünvanlayırıq. Bəs niyə 30? Çünki əlifbamızda məhz bu qədər hərflə söz başlayır. Hərfi hərfə, sözü sözə calaya-calaya müsahiblərimizə ünvanlaycağıq bundan sonra. Adını “Əlifba dərsi” qoyduq. Görək bu dərsdən kimlər necə çıxacaq.

 

İlk müsahib kimi isə elə söz adamını seçdik. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi.

 

Layihə: “Əlifba dərsi”

 

 

A ğdam yoxsa, Bakı?                                         Ağdam.

 

B ağışlamağı bacarırsız?                                 Bacarıram.

 

C ənnət var?                                                       Var.

 

Ç ətin günləriniz çox olub?                             Belə də, əllinin əlliyə.

 

D ostunuz var?                                                  Var, çoxdu. Bir nəfər var doğum evindən bəri 49 ildir dostuq.

 

E tiraf etmisiz?                                                  Etmişəm.

 

Ətalət basmır ki?                                             Basır, xüsusən də yaz aylarında yuxu gətirir.

 

F illər mənim dostumdu. Xatırlayırsız?      Çox məşhur film idi. Ağdam da Fazil müəllim kinoteatrda
                                                                                göstərirdi. Bu barədə lətifələr də var.

 

G ələcək gələcək?                                         Mütləq gələcək.

 

H - əyat necədi?                                                Yaxşı.

 

X - əyallarınız var?                                           Həmişə.

 

İ – ntihar acizlikdi, yoxsa cəsarət?            Acizlik, fərarilikdir.

 

Jurnalist olmaq öz seçiminizdi?             Əlbəttə.

 

K – asanızı daşıran son damla?                  Kobudluq, anlamazlıq, qanmazlıq.

 

Q – orxursuz?                                                  Hərdən.

 

L - əkə təmizlənir?                                         Bir az yeri qalır.

 

Mərhəmətlisiz?                                           Çox.

 

N - əyi etmək olmaz?                                   Çox şeyi.

 

O vçusuz?                                                    Hə.

 

Ö zünüzə inamlısız?                               Bəli, bəli.

 

Peşman olmusuz?                                Olmuşam.

 

R  - əhmət kimə düşür?                             Savab iş görənlərə.

 

S izə nə mane olur?                               Səviyyəsiz jurnalistlər.

 

Ş ənlənməyi bacarırsız?                       Bacarıram.

 

T - əyyarə, yoxsa qatar?                           Qatar.

 

U nutqansız?                                           Unutqan deyiləm, amma  yaddaşım son zamanlar
                                                                       bir az  mənimlə yol gedə bilmir.

 

Ü mid nədi?                                             Sonuncu şans.

 

V icdanın dili var?                                 Var.

 

Y ayda hara gözəldi?                            İyulda Antalya, avqustda İsmayıllı.

 

Z - əhlənizi tökmədim?                             Yox.

# 1596
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar