“Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda tədbir keçirilib
15 iyul 2013 18:30 (UTC +04:00)

“Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda tədbir keçirilib


 

İyulun 15-də Bakıda Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı ilə (ANPED) birgə Mərkəzi Asiya və Şərqi Avropa vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda iki günlük seminar öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, tədbirdə 12 ölkədən 20-dən çox təşkilat, vətəndaş cəmiyyəti nümayəndələri, həmçinin ekspertlər iştirak edib.

 

Tədbiri Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu açıb, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlər kimi müzakirə olunacaq mövzulara toxunaraq məhz tədbirin bu problemləri aşkar edib onları aradan qaldırmağa yardım edəcəyinə ümid etdiyini deyib.

 

ANPED-in icraçı direktoru Leida Rijnhout tədbirin Bakıda keçirilməsinə və müxtəlif təcrübədən olan insanların, həmçinin dövlət nümayəndələrinin olmasından çox şad olduğunu bildirib.

 

Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektorunun müdiri Elman Paşayev Azərbaycanın Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf proqramı haqqında danışıb.

 

 

Seminar iştirakçıları Bakıdakı Şəhidlər Xiyabanının ziyarət edib, BAMF-ın baş ofisi ilə tanış olublar.

 

Qeyd edək ki, BMT-nin 2000-ci ilin sentyabr ayında 108 ölkənin imzaladığı Minilliyin İnkişafı deklarasiya proqramı 2015-ci ildə bitir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar