“Çövkən-at yarışlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib
08 dekabr 2017 12:05 (UTC +04:00)

“Çövkən-at yarışlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib

0

 

“Çövkən-at yarışlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib.

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə  Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində yarışların açılış tədbirini həyata keçirib.

Layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılmasıdır. Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib. Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Sərkər kənd yeniyetmə və gəncləri, təlimçi-ekspertAygün Həsənzadə, layihənin təlimçisi Afərim Namazova, ekspert Raziyə Qasımova, Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim İmamquliyev iştirk ediblər. Tədbirə Samux şəhəri, Karayeri qəsəbəsi, Hacıallı və Füzuli kəndlərinin gəncləri cəlb olunub. İştirakçılar arasında peşəkar at sürənlər və at sürməyə marağı olan gənclər iştirak edib. Yarış iştirakçıları öncədən təlimatlandırılıb və “Çövkən oyunlarının” tarixi və əhəmiyyəti haqqında məlumat verilib.

Tədbirdə gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Tədbirin sonunda isə təlim zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.

Layihə çərçivəsində silsilə tədbirlər davam etdiriləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar