“Çörək bahalaşmayacaq” - AÇIQLAMA
06 mart 2013 14:43 (UTC +04:00)

“Çörək bahalaşmayacaq” - AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur.


APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

 

Nazir bildirib ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: «Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm».

 

İ.Abasov qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: «Əgər bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101
avatar

Oxşar yazılar