Əfqanıstan müharibəsi veteranı, tanınmış rəssam Tərlan Eyvazov mərhum dostu Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı romanından təsirlənib “Həlak olanların xatirəsinə” adlı orijinal natürmortunu yaradıb.
Rəssamın sözlərinə görə, bu rəsmdə ümumiyyətlə Əfqanıstanda həlak olmuş əsgərə məxsus olan əşyalar təsvir edib.
Lent.az-a açıqlamasında rəssam bildirib ki, rəsmdə əsgər baş geyimi (panaması), ağzı açıq şəkildə suqabı (qumquma), kəmər, həlak olmuş şəxsə mənsub sənəd və qırmızı ulduz təsvir olunub.
- Rəsmdə yarı dolu araq stəkanının üstünə qoyulmuş bir tikə qara çörək də görünür. Araq dolu stəkan təbii ki, slavyan adətidi və onlar bununla ölənlərin xatirəsini qeyd. Araq və çörək həmişə stolun üstündə qalır, heç kəs ona dəymir. Rəhmətlik dostum Zakir Sadatlının “Əfqanıstan uçurumları” romanının rəsmlərini mən çəkmişəm. Bu yaxınlarda “Döyüşçü rəssamların birinci” sərgisi keçirildi. Kitabda olan illüstrasiyalar orda nümayiş olundu. Bu rəsm sərgidən sonra mənim ilk işimdir. Bunları çəkmək mənə çox ağır idi. Təxminən iki günə başa gəldi. Sərgidə kitabı yenidən vərəqlədim. Fırçanı əlimə alıb yenidən o günləri xatırlayaraq bu rəsmi çəkdim. Özümün də çox xoşuma gəldi. Yaxşı iş alınıb. Oradakı rənglər, əşyaların hamısı Əfqanıstan müharibəsini, o faciəni əks etdirə bilib”.