“Bakıelektrikşəbəkə” Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər keçirir
17 aprel 2013 11:36 (UTC +04:00)

“Bakıelektrikşəbəkə” Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər keçirir

Heydər Əliyevin anadan olmasının 90 illik yubiley təntənəsi respublikamızın bütün idarə və təşkilatlarında, hökumət və qeyri-hökumət qurumlarında, bütün tədris ocaqlarında, ictimai qurumlarda yüksək səviyyədə qeyd olunmaqdadır. Lent.az-ın məlumatına görə, bununla bağlı sosial-mədəni həyatımızın bütün sahələrində Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər həyata keçirilir.

 

“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində də Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş geniş tərkibli  tədbirlər planı təsdiq edilib.

 

Bu tədbirlərə gənc rəssamlar arasında (18-35 yaş) rəsm (yağlı boya, qrafika, dekorativ tətbiqi sənət əsərləri) müsabiqəsinin keçirilməsi, talassemiyadan əzab çəkən xəstələrə müəssisə işçilərinin könüllü qanverməsi kompaniyasının təşkili, tədris Mərkəzində “H.Əliyev - Azərbaycanın müstəqil Energetika sisteminin yaradıcısıdır” mövzusunda konfransın təşkili, Heydər Əliyevin xatirəsinə həsr olunmuş  Bakı futbol turnirinin təşkili və daha bir sıra digər tədbirlərin keçirilməsi  daxildir.

 

Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aprel ayının 6-dan etibarən talassemiyadan əzab çəkən xəstələrə Səhmdar Cəmiyyətin idarə və şöbələrində  işçilərin könüllü qanvermə kompaniyasına başlanılıb.

 

Aprelin 13-dən futbol turnirinə start verilib. Turnirdə 8 komanda mübarizə aparır. Yarışda fərqlənənlər xüsusi mükafatlar və “Bakıelektrikşəbəkə” ASC-nin diplomları ilə təltif olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar