Generaldan azyaşlıların istismarı ilə bağlı <span style="color:red;">BƏYANAT
04 aprel 2014 13:24 (UTC +04:00)

Generaldan azyaşlıların istismarı ilə bağlı BƏYANAT

Azərbaycanda az yaşlı uşaqların, xüsusilə də az yaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizələrə tədbirlərə başlanacaq. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov deputat Elmira Axundovanın tutduğu irada cavab olaraq bildirib.

 

O, bu məsələyə ciddi nəzarətin olmadığını etiraf edib: “Elmira xanımın dediyi kimi, bu sahədə problemlərin olması ilə razılaşırıq. Ola bilsin, bu məsələ tam nəzərimizdə olmayıb. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda az yaşlı qızların, ümumiyyətlə, az yaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Mübariz Aslanov

Oxşar yazılar