“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi imzalanıb. Bu barədə Lent.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb.
Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Q. Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib. Cəmiyyətin sədri ötən il icrasına başlanılmış və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırıb.

”Azərsu” sədri müqavilə imzaladı
Oxşar yazılar

"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11