“Azərsu”: abunəçilərin sayı artıb
22 yanvar 2014 15:59 (UTC +04:00)

“Azərsu”: abunəçilərin sayı artıb

2013-cü ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 80 min  və ya 7  faiz artıb. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə 1218143 abunəçi su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. “Azərsu” dan Lent.az-a verilən məlumata görə, istehlakçıların 1177236-ı və ya 97 faizini əhali, 40907-i və ya 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

2013-cü ildə sayğaclaşma səviyyəsi 9 faiz artaraq 57 faizə çatıb. 01 yanvar 2014-cü il tarixinə olan məlumata görə su təchizatı  xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6 faiz, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar