“Azərişıq” ASC sosial şəbəkə vasitəsilə xidmətlərini asanlaşdırır
22 iyun 2018 10:25 (UTC +04:00)

“Azərişıq” ASC sosial şəbəkə vasitəsilə xidmətlərini asanlaşdırır

“Azərişıq” ASC “facebook” və “instagram” vasitəsi ilə xidmətlərini daha da asanlaşdıracaq. “Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, abonentlərinə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN “xidmət” vasitəsi ilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə “Azərişıq” ASC tərəfindən sosial şəbəklərdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb.

Səhmdar Cəmiyyətin “Azerishiq ASC” facebook səhifəsi ilə yanaşı yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda “Azerishiq.az” instagram səhifələri yaradılıb. Yeni yaradılan “facebook” və “instağram” səhifələrində “Azərişıq” ASC-nin ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər, “facebook” və “instagram” səhifələrində özünə yer alacaq.

Bir sözlə sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişıq” ASC-nin sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər. “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsi tərəfindən yaradılan sosial şəbəkə səhifələrində yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar