ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20 mart 2012-ci il tarixindən etibarən gücləndirilmiş iş rejimində işləyəcək. ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Belə ki, 185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək. “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək
518