“Azərbaycanda internet mediası” mövzusunda dəyirmi masa
12 mart 2013 20:44 (UTC +04:00)

“Azərbaycanda internet mediası” mövzusunda dəyirmi masa

 

“İnternyus Azərbaycan” təşkilatı tərəfindən “Azərbaycanda internet mediası” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, QHT-lərin və media mütəxəssislərinin qatıldığı tədbirdə çıxış edən “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli “İnternyus Azərbaycan” İB-in fəaliyyətindən və onun internet mediası sahəsində həyata keçirdiyi layihələrdən danışıb.

 

Dünyada və Azərbaycanda internet mediasının gələcəyindən bəhs edən media üzrə ekspert Yaşar Hacıyev son illər bu sahənin inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanda internetin sürəti ilə bağlı problem artıq həll olunub və internetdən istifadə imkanları genişlənib: “Onlayn televiziya proqramları artan xətt üzrə inkişaf edir. Reklam bazarında da birinci yerdə televiziyalar olsa da, internet istifadəçilərinin sayının artığını nəzərə alaraq, bir neçə ildən sonra internet məkanına da bu sahədə böyük investisiyalar yatırılacağını deyə bilərik”.

 

Sonra layihə çərçivəsində hazırlanan tədqiqatda dünya ölkələri üzrə media növlərinin təsir dairəsi, internet resurslarından və internet mediasından istifadə imkanları üzrə inkişaf tendensiyası təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar