“Azərbaycan şahinləri Qarabağda: Urfan Vəlizadə”
15 sentyabr 2017 15:42 (UTC +04:00)

“Azərbaycan şahinləri Qarabağda: Urfan Vəlizadə”

0

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  “Azərbaycan şahinləri Qarabağda: Urfan Vəlizadə” layihəsinin icrasına başlayıb.

 

 

 

Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Urfan Vəlizadə kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində Yevlax rayon orta məktəblərində tədbir keçirilməsi, tədbirdə şagirdlər və müəllimlər tərəfindən səslənən təklif və fikirlər  də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti, aprel döyüşlərində  qəhrəmancasına həlak olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Urfan Vəlizadə barədə məlumatın yer aldığı buklet hazırlanaraq dərc olunması nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar