“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edilib
29 aprel 2013 14:26 (UTC +04:00)

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edilib

Gənclər Evinin və “Təkan” Tələbə Gənclərinin İctimai Birliyinin təşkilatçılığı ilə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına  Tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.

Toplantı zamanı dəyirmi masa ətrafına toplaşanlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparıblar. Gənclər Evinin direktoru Elşad Abdullayev Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi çərçivəsində görülən işlər haqqında məlumat verib.

 

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov Dövlət proqramının icrası, proqramın tətbiqində əldə olunan nailiyyətlər, qarşıda gözlənilən layihələr barədə söz açıb.

 

Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı Layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar