“Azərbaycan Dəmir Yolları” QSC yoxlanacaq
12 iyul 2013 17:02 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC yoxlanacaq

 

 

Şabran  və Qazax rayon icra hakimiyyətlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi üzrə audit proqramları da təsdiqlənib

 

 

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, Kollegiya iclasında Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu, dövlət büdcəsindən Azərbaycanın Çindəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit proqramları təsdiqlənib.

 

Eyni zamanda Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-nə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi və Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsi üzrə audit proqramları təsdiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Oxşar yazılar