“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi
13 mart 2019 13:38 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Bu barədə Lent.az-a Cəmiyyətdən bildirilib.

Verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Qurum bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Aygün İbrahimli

Oxşar yazılar