“AST Telman”ın 1,4 milyardlıq oteli satışda
27 mart 2015 13:18 (UTC +04:00)

“AST Telman”ın 1,4 milyardlıq oteli satışda

 

Azərbaycanlı milyarder Telman İsmayılovun oteli satışa çıxarılıb. 



Lent.az-ın “anspres”ə istinadən xəbərinə görə, 2009-cu ildə Antalyada 1,4 milyard dollar xərclənərək tikilən "Mardan Palace" bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satılacaq. 



Artıq otelin icra detalları da açıqlanıb. Otel 3 iyunda tenderə çıxarılacaq. İlkin qiyməti kimi "Mardan Palace"a 325 milyon TL (130 mln. dollar) qiymət qoyulacaq. 



Qeyd edək ki, Antaliyanın Kundu sahilində inşa olunan otelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi. 



Böyük atəşfəşanlıqla açılışı olan otel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antaliyanın ən lüks oteli olaraq göstərilən "Mardan Palace" İstanbul Boğazı şəklində inşa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar