“Check-up” müayinədən keçmək üçün müraciət edən pasiyentlərin sağlamlıqları ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət ayıran Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “Check-up” müayinələrə başlanılacaq.
RMDM-dən Lent.az-a verilən məlumata görə, cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək.
Müayinələr vətəndaşlara sosial xidmətin daha effektiv və operativ təşkil olunması üçün geniş şərait yaradıldığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq.
“Check-up” müayinələrin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.