“ASAN xidmət” mərkəzləri ilə bağlı növbəti addım
23 mart 2013 10:18 (UTC +04:00)

“ASAN xidmət” mərkəzləri ilə bağlı növbəti addım

Nazirlər Kabineti “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında” 2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarında dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə,  dəyişik Əmlak Məsələləri Dövlət Komitəsinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçiləri ilə bağlıdır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30 faizlik vəsaitin işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi hesabına köçürülməsi davam edəcək. Lakin dəyişikliyə əsasən bu qayda Dövlət Komitəsinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərinə şamil olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar