“QHT-lərin nəşrlər maddəsinə etdiyi dəyişikliklər yolverilməzdir"
26 aprel 2013 19:07 (UTC +04:00)

“QHT-lərin nəşrlər maddəsinə etdiyi dəyişikliklər yolverilməzdir"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

 

Şuranın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iclası açan Şura sədri Azay Quliyev Şuranın son dövrdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib və gündəliyi açıqlayıb.

 

Gündəlikdə  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yazı müsabiqəsinin yekunları, Şuranın 2013-cü ilin birinci rübündəki fəaliyyəti, QHT Əməkdaşlıq Alyansının “Şuşa musiqi beşiyidir” aksiyası ilə bağlı müraciət, “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin “Regionlarda hepatit əleyhinə maarifləndirmə işlinin aparılması” layihəsinə maliyyə yardımının ayrılması barədə Şuranın 13 mart 2013-cü il tarixli 08(90) saylı qərarına yenidən baxılması və cari məsələlər olub.

 

Gündəlikdəki ilk məsələ haqqında məlumat verən Azay Quliyev deyib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuranın 6 xarici ölkədə keçirdiyi beynəlxalq yazı müsabiqəsi həmin ölkələrin ictimaiyyəti arasında böyük marağa səbəb olub və yerli mətbuatda çap edilən 20 məqalə Azərbaycanın müvafiq səfirlikləri vasitəsilə Şuraya göndərilib. Müsabiqənin tam yekunlaşdırılması və qaliblərin may ayının 7-də Bakıda təntənəli şəkildə mükafatlandırılması üçün lazım olan zəruri tədbirlər davam etdirilir.

 

Şuranın  icraçı direktoru Fərasət Qurbanov Şuranın 2013-cü ilin birinci rübündəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib.  QHT Əməkdaşlıq Alyansının may ayında keçirmək istədiyi “Şuşa musiqi beşiyidir” aksiyası ilə bağlı müraciət də Şura üzvləri tərəfindən müsbət qarşılanıb. “Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin “Regionlarda hepatit əleyhinə maarifləndirmə işlinin aparılması” layihəsinə maliyyə yardımının ayrılması barədə Şuranın 13 mart 2013-cü il tarixli 08(90) saylı qərarına isə yenidən baxılıb və qərar ləğv olunub.

 

Cari məsələlər sırasında Şuranın 2013-cü il birinci maliyyə yardımı çərçivəsində dəstəklədiyi layihələr üzrə nəzərdə tutulmuş nəşrlərin vəziyyəti müzakirə edilib. Qeyd edilib ki, bəzi QHT-lərin büdcə korreksiyaları ilə əlaqədar layihənin nəşrlər maddəsinə etdiyi dəyişikliklər tamamilə əsassız və yolverilməzdir. Şuranın bu iradının həmin QHT-lərin nəzərinə çatdırılması Şuranın Katibliyinə tapşırılıb.

Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar