“Azərbaycanlıların yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”
17 aprel 2013 20:03 (UTC +04:00)

“Azərbaycanlıların yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”

 

“7-8 ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”. Bu sözləri Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata ZakareişviliAPA-nın sualına cavab verərkən deyib. O, bölgədə yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya olunması planları barədə məlumat verərkən azərbaycanlılara dövlət dilinin öyrədilməsində verdiyi dəstəyə görə ARDNŞ-ə minnətdarlığını bildirib.

 

P. Zakareişvili ARDNŞ-in Azərbaycandilli məktəbləri, eyni zamanda soydaşlarımızın yaşadığı kəndlərin təbii qazla təmin etməsini də yüksək qiymətləndirib: “Sosial şəraitin yaxşılaşdırılması azərbaycanlıların inteqrasiya sahəsində problemlərinin həlli deməkdir. ARDNŞ-ə bir daha minnətdarlığımı ona görə bildirmək istəyirəm ki, bu şirkət azərbaycanlıların inteqrasiya məsələsində bizə kömək edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar