“Azərbaycan xalçaları” elmi-bədii jurnalının yeddinci sayı nəşr olunub. Lent.az-ın məlumatına görə, jurnalın bu sayında da Azərbaycan xalçaçılığına dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr yer alıb.
Nəşrdə tərtibatına və rəng çalarlarına görə seçilən və bütün dünyada məşhur olan xalçalarımızın fərdi xüsusiyyətləri, özünəməxsuz cəhətləri tədqiq olunub.