Rumıniyada dərc edilən “Rumıniya biznesində kim kimdir?” jurnalının növbəti oktyabr sayında ölkə və Avropa iqtisadiyyatına töhfə verən 1000 iş adamı barədə məlumat verilib. Lent. az-ın məlumatına görə, “İlk 1000 vacib iş adam”ı arasında AR Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov da yer alıb.
Hər ilin iyununda jurnalın mənsub olduğu məşhur “Ziarul Financiar” qəzeti sorğu keçirir və sorğunun nəticəsi olaraq ilin “1000 ən vacib iş adamı”nı müəyyən edir. Bu dəfə jurnalda Rumıniyada müxtəlif sahələrdə çalışan aparıcı iş adamları, Bank rəhbərləri, Transmilli şirkətlərin nümayəndələri yer alıb.