<font color=red>&#174; </font>Səba halal kəsimlə bağlı geniş məlumatlandırma mexanizmi hazırlayır
15 dekabr 2014 14:00 (UTC +04:00)

® Səba halal kəsimlə bağlı geniş məlumatlandırma mexanizmi hazırlayır

0

Azərbaycanın ilk və hələlik yeganə halal kəsim standartına malik toyuq brendi «Səba” böyük yeniliklər öncəsi istehlakçılarını bir müddət intizarda saxlayacaq.  Şirkətdən verilən məlumata görə, halal kəsim şərtləri ilə bağlı əhalini məlumatlandırmaq üçün“Səba”  xüsusilə “GİMDES” təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı ciddi hazırlıqlar aparır. Yaxın günlərdə bu məlumatlandırma Səba istehlakçılarına çatdırılacaq.

 

Səba-nın daha bir yeniliyi isə Səba Səxavət gününün müvəqqəti olaraq təxirə salınmağıdır. “Ötən ilin aprelindən başlayaraq, hər ayın 15-də keçirilən Səxavət Günü qısa bir vaxtda istehlakçıların səbirsizliklə gözlədiyi bir aksiyaya çevrildi. Hətta biz məlumatlandırmadan belə, hər kəs bu aksiya, aksiyaya çıxarılacaq məhsullar və keçiriləcəyi marketlərlə maraqlanırdı. Lakin təəssüflə qeyd edək ki, marketlər əhalinin belə yüksək axını ilə müşahidə olunan Səxavət Günü aksiyasını keçirmək bacarıqlarının zəif olduğunu nümayiş etdirdilər və onlara yarı qiymətinə təqdim edilən yüzminlərlə payı son nöqtəsinə - istehlakçıya çatdırmaqda səbatsızlıq göstərdilər” – Səba şirkətindən belə bildiriblər.

 

Şirkətin məlumatında daha sonra qeyd edilir: “Aksiyada iştirak edən və ya etmək istəyən, lakin bundan məhrum olan yüzlərlə istehlakçının müraciətləri bizi Səba Səxavət Günü-nün bilavasitə özümüzün təşkil etməyimizin vacibliyini göstərdi. Buna görə də hazırda Səba bu istiqamətdə fəaliyyətdədir. Ümid edirik ki, tez bir zamanda hər kəsi məmnun edəcək, sosialyönümlü Səxavət Günü ilə yenidən istehlakçılarımızı sevindirəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar