Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti regionlarda əhali arasında maarifləndirmə işləri aparacaq.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 20-dən etibarən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşları respublikanın 21 şəhər və rayonunda icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlər keçirəcək.
Dövlət tərəfindən 24 iyun 2011-ci il tarixində qəbul edilmiş “İcbari sığortalar haqqında” qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, icbari qaydada sığortalanmasını nəzərdə tutur.