Qənirə Paşayeva Siracla Səadətə baş çəkib
05 dekabr 2015 14:58 (UTC +04:00)

Qənirə Paşayeva Siracla Səadətə baş çəkib

Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürmə əməliyyatı olmuş Sirac Zeynalov və ona donorluq edən həyat yoldaşı Səadət Məmmədovaya  baş çəkib. Lent.az-ın məlumatına görə, millət vəkili xəstələrin vəziyyətləri ilə maraqlanıb, onlara qısa zamanda tam sağlamlıqlarına qovuşmağı diləyib.

 

Q. Paşayeva əməliyyat gerçəkləşdirmiş xəstəxananın Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi başqa olmaqla, əməliyyatı həyata keçirmiş bütün həkimlərə və tibb işçilərinə və əməliyyatı dövlət vəsaiti hesabına həyata keçirilməsinə göstəriş verən Səhiyyə Nazirliyinə təşəkkürünün bildirib.

 

Böyrəyinin birini həyat yoldaşına vermiş Səadət Məmmədovanı “fədakar xanım” adlandıran millət vəkili ona Siracla uzun illər xoşbəxt və sağlam ailə həyatı arzulayıb.

 

Qeyd edək ki, məhz Qənirə Paşayevanın zəhməti və dəstəyi sayəsində böyrək köçürülməsi əməliyyatı Səhiyyə Nazirliyinin tapşırığı ilə dövlət hesabına aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar