Millət vəkili türkiyəli jurnalistlərlə görüşdü
24 dekabr 2014 10:16 (UTC +04:00)

Millət vəkili türkiyəli jurnalistlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Türkiyədən gəlmiş KİV nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, qonaqları rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində ölkəmizdə görməkdən məmnun olduğunu deyən millət vəkili Q. Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ və Xocalı həqiqətləri, Azərbaycan-türkiyə münasibətləri ilə ilə bağlı bağlı geniş məlumatlar verib, fikir mübadiləsi aparılıb.

 

Türkiyəli ziyalılar, yazarlar, araşdırmaçılar və KİV nümayəndələr Bakı ilə bərabər Qubada, Sumqayıtda, ön cəbhə bölgələrində də olacaq və Azərbaycanla, Qarabağ və Xocalı Soyqırımı həqiqətləri ilə yerində daha geniş tanış ola biləcəklər.

 

Qeyd edək ki, görüşdə GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radio temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar