“Emerson" şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub
07 noyabr 2014 14:11 (UTC +04:00)

“Emerson" şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

“Emerson Process Management” şirkətinin marketinq və tətbiqi texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində olub. Lent.az-ın məlumatına görə, T. Heskesi əməkdaşlıq proqramı çərçivəsində ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyəti qarşısında təqdimatla çıxış edib.

 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov deyib ki, ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamətdir. Buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin "Emerson" şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addımı olduğunu iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

 

T. Heskesi qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir.

 


Daha sonra T. Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənaye müəssisələrində rolu və hədəfləri, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış edib.

Qeyd edək ki, 2014-cü ilin iyulun 8-də BANM və “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar