Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının, saat 18:00-dək Quba rayonuna, saat 11:00-dan 18:00-dək Gədəbəyin, saat 12:00-dan 14:00-dək Tovuzun, saat 12:00-dan 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.