87 sahibkarlıq subyektində məhsul istehsalı və satışı qadağan edilib
12 iyun 2013 11:48 (UTC +04:00)

87 sahibkarlıq subyektində məhsul istehsalı və satışı qadağan edilib

Bu ilin ilk 5 ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müvafiq şöbələri və Ərazi İdarələri tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün 619 sərəncam verilib.

Lent.az-ın verdiyi məlumata görə, Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.

Aparılmış yoxlamaların 280-ni ərzaq məhsullarının, 191-i qeyri-ərzaq məhsullarının istehsalına, 148-i metroloji nəzarətə aid olub. Bunlardan 58-i tibb müəssisələrində göstərilən xidmət səviyyəsinə nəzarət, 61-i çörəyin keyfiyyətinin yüksəldilməsi ilə bağlı çörək istehsalı müəssisələrində nəzarətin payına düşür. Aparılmış yoxlamalar nəticəsində 393 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən və antisanitariya şəraitində məhsul istehsal olunduğuna görə müəssisələrə 393 iradnamə və istehsalın qadağan olunması barədə 212 partiya tələbnaməsi, 87 sahibkarlıq subyektində məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Ümumilikdə  134 sahibkarlıq subyektində protokol tərtib edilib, bunlardan 50-nə xəbərdarlıq olunub, 29-u aidiyyəti üzrə məhkəmə icraçılarına göndərilib. Tətbiq olunmuş cərimələrin ümumilikdə miqdarı 115.500 manat olub.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23.980 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 219 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Xidmətin Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən keyfiyyəti və təhlükəsizliyi normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 17,28 kq süfrə xardalı, 7187 ədəd müxtəlif nişanlı uşaq qidaları, müxtəlif adlarda şərablar, ümumi dəyəri 137,15 manat olan müxtəlif çörək, bulka və qənnadı məmulatları, 720 kq ümumi dəyəri 2880 manat olan kolbasa məmulatları satışdan çıxarılıb. Ümumilikdə 337.28 kq, ümumi dəyəri 3017.15 manat olan ərzaq məhsulu dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar