71 min piyada məsuliyyətə cəlb edilib
01 avqust 2013 15:03 (UTC +04:00)

71 min piyada məsuliyyətə cəlb edilib

 

Bu il Bakı şəhəri üzrə baş vermiş ümumi yol qəza hadisələrinin 51%-i sürət həddinin aşılması səbəbindən baş verib. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə piyadaların avtomobillər tərəfindən vurulması halları da nisbətən azalıb. Çünki gün ərzində piyadaların nizam-intizama cəlb edilməsi üçün nəinki yol polisləri, eləcə də xidmətin digər əməkdaşları təyin olunmayan yerlərdən keçən piyadaları saxlayır və məsuliyyətə cəlb edir. İlin əvvəlindən bu günə qədər 71 min piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam artıq yüksəlib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar