Cəlilabad rayonunun 4 yaşlı sakini Aynur Qəhrəmanova böyrək xəstəliyindən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, Aynurun anası Vüsalə Şahverdiyeva deyib ki, qızı hazırda rayon Diaqnostikasında müalicə alır: "Birinci kurs müalicə iki günə bitəcək. Növbəti müalicə kursu üçün isə imkanımız çatmır".
Yaşlı atası ilə yaşayan Vüsalə xanım işləmir. 3 il əvvəl yoldaşı onları atıb. V.Şahverdiyevanın aylıq gəliri keçmiş ərinin uşağa ödədiyi 50 manat aliment puludur. Körpənin sağalması üçün 600 manat pul vəsaiti tələb olunur.
Qeyd edək ki, V.Şahverdiyeva qızı ilə birgə atası evində yaşayır. Uşağın xəstələnməyinə səbəb də yaşadığı evim rütubətli olmasıdır.
Azyaşlıya kömək etmək istəyənlər V. Şahverdiyeva ilə əlaqə saxlaya bilərlər: +994706146105 nömrəsi ilə əlaqə saxlaya bilərlər.