Təhsil naziri Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşüb. Bu barədə Lent. az-a Nazirlikdən məlumat verilib. Nazir artıq altıncı ildir keçirilən müsabiqənin 3 mərhələdən ibarət olduğunu söyləyib. Bəzi statistik göstəricilərə toxunan M. Mərdanov qeyd edib ki, müsabiqədə iştirak üçün sənəd vermiş 481 nəfərdən 477-nin sənədi ekspertizadan keçirilib.
M. Mərdanov ötən illə müqayisədə bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər olunduğu, komissiyalara 33 nəfər yeni ekspertin daxil edildiyi barədə məlumat verib. O, bildirib ki, qrafikə uyğun olaraq müsabiqənin II mərhələsinə martın 11-dən başlanacaq. Qiymətləndirmə meyarlarında dəyişiklik edilməyib.
Sonda iştirakçıların dərslərinin dinlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.