Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ilk yarım ilində 434 əlil və şəhid ailəsinə maddi yardımlar verib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmçinin Çernobıl qəzasında xəsarət alan 500 nəfər əlil, 9 May-Böyük Vətən müharibəsində iştirak edən bir qrup müharibə veteranı birdəfəlik maddi yardımla təmin edilib.
Bu müddətdə Nazirlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə uyğun olaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməklik göstərilib.