Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 14-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 14-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.