3 uşağını atıb başqa kişiylə qaçan qadın barədə <span style="color:red;">QƏRAR VERİLDİ
06 noyabr 2017 12:30 (UTC +04:00)

3 uşağını atıb başqa kişiylə qaçan qadın barədə QƏRAR VERİLDİ

0

Bakıda 8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Vasif Akiflinin Lent.az-verdiyi məlumata görə, artıq uşaqlar üzərində qəyyumluq hüququ ana Xəyalə Kərimovadan alınıb.

 

V.Akifli bildirib ki, uşaqlar üzərində qəyyumluq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Azyaşlılar hazırda Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayırlar və vəziyyətləri yaxşıdır.

 

Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını öz anasının öhdəsinə qoyaraq, başqa kişiyə qoşulub qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları sonradan nənə də küçəyə atmışdı.

 

3 azyaşlı küçədə baxımsız və kimsəsiz şəkildə polis tərəfindən aşkarlanaraq, Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.   

 

Qeyd edək ki, Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri ata bir dəfə də olsa aliment ödəməyib və uşaqları ilə maraqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar