3 min müəllimin təhsil sənədi yoxlanacaq
16 iyul 2013 16:22 (UTC +04:00)

3 min müəllimin təhsil sənədi yoxlanacaq

 


Təhsil Nazirliyi saxta sənədlə işləyən müəllimlərin aşkar olunması istiqamətində ciddi tədbirlər həyata keçirəcək. Lent.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, ötən il ümumi ölkə üzrə belə bir monitorinq aparılıb və onun nəticələri ictimaiyyətə elan etmişdik. Aşkar olunan saxta təhsil sənədləri barədə məlumatların Azərbaycan Respublikasının Baş Prokurorluğuna da təqdim etdiklərini deyən F.Qədirov qeyd edib ki, onların bəziləri ilə bağlı müəyyən istintaq işləri başa çatıb, digərləri üzərində işlər aparılır: “Amma hər zaman Təhsil Nazirliyinə müraciət əsasında işə qəbul prosesində biz bütün təhsil sənədlərinin doğruluğunu, dəqiqliyini yoxlayırıq. Onun saxta olduğunu aşkar etdikdə digər müvafiq tədbirlər görülür. Qarşıda bizi daha ciddi bir mərhələ gözləyir. Belə ki, işə qəbul olacaq 3 minədək müəllimin təhsil sənədini yoxlanılacaq. Həmin yoxlamanın nəticələrinə uyğun olaraq məlumat verə bilərik ki, nə qədər təhsil sənədi müəllim işləmək üçün uyğun deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar