31 Mart Soyqırımı: Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlandı
28 mart 2013 12:40 (UTC +04:00)

31 Mart Soyqırımı: Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlandı

Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri- pofessor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 31 mart tarixində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 95 il ötür.

 

1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduğu və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar və qadınların əsir götürələrək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb.

Almaniya Azərbaycanlıları Konqresi Almaniya Bundestaqını nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004
avatar

Oxşar yazılar