Azərbaycanın bir qrup ictimai-siyasi xadimi 30 iyunun “Sevgililər günü” kimi rəsmiləşməsi üçün prezidentə müraciət ünvanlayıblar. Lent.az-ın məlumatına görə, müraciətdə xalqımızın tarixində istiqlal və azadlıq uğrunda mübarizənin ən uca zirvəsi olan “20 yanvar” şəhidləri İlham və Fərizənin evləndikləri günün - 30 iyun tarixinin “Sevgililər günü” kimi rəsmiləşdirilməsi üçün müvafiq sərəncam verilməsi istənilib.
Müraciəti imzalayan şəxslər bunlardır:
Nizaməddin Şəmsizadə (dövlət mükafat laureatı, professor)
Asif Rüstəmli (fil. elmlər doktoru)
Zəlimxan Yaqub (xalq şairi)
Paşa Qəlbinur (oftalmoloq, şair, professor)
Qənirə Paşayeva (millət vəkili)
Nəriman Həsənzadə (xalq şairi)
Aqil Abbas (millət vəkili, yazıçı)
Çingiz Abdullayev (xalq yazıçısı)
Arif Babayev (professor, xalq artisti)
Musa Urud (Millət vəkili, şair)
Flora Qasımova (millət vəkili)