300-dək azərbaycanlı gürcü dilini dövlət hesabına öyrənib
23 dekabr 2017 22:03 (UTC +04:00)

300-dək azərbaycanlı gürcü dilini dövlət hesabına öyrənib

 

Gürcüstanda bir qrup azərbaycanlı dövlət dilinin ödənişsiz öyrənilməsi üzrə kursu başa vurub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, kursu bitirmiş Sadaxlı və Yormuğanlı kəndlərindən olan 36 azərbaycanlı vətəndaşa sertifikatlar təqdim olunub.  

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin təşəbbüsü ilə Ədliyyə Treyninq Mərkəzi 2015-ci ildən etibarən milli azlıqlar üçün dövlət dili üzrə ödənişsiz kurslar təşkil edir. Kursların keçirilməsində məqsəd qeyri-gürcü vətəndaşların inteqrasiyasına kömək etmək, onların dövlət xidmətlərindən istifadəsinin inkişaf etdirilməsi və işlə təmin olunmasına dəstək verməkdir. Kurslardan 17-66 yaş arasında olan vətəndaşlar yararlana bilir.   

2015-ci ildən bu vaxta qədər Sadaxlı, Yormuğanlı, Sartiçala və digər kəndlərdən olan 256 azərbaycanlı bu kurslarda iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar