Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Cəlilabadın, saat 14:00-dək Abşeronun, saat 15:00-dək Sabirabad, Hacıqabul, Nərimanov, Xətai və Kürdəmir rayonlarının, saat 14:00-dan 18:00-dək Masallının, saat 17:00-dək Qazaxın rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Xaçmaz, Tovuz, Qobustan və İsmayıllı rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ, Xəzər və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.