174 səhmdar cəmiyyətin fəaliyyətində pozuntular aşkarlandı
18 yanvar 2016 13:08 (UTC +04:00)

174 səhmdar cəmiyyətin fəaliyyətində pozuntular aşkarlandı

2015-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ünvanına 309 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 358 şikayət ərizəsi və 27 müraciət daxil olub.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində səhmdar cəmiyyətlərinin 174-nün fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub və həmin səhmdar cəmiyyətlərinə qarşı 212 500 manat məbləğində inzibati

cərimələr tətbiq edilib, səhmdar cəmiyyətlərin fəaliyyətində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında 70 icrası məcburi göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar